23:30 / 08-11-2021
Təbrik edirik!
Rumıniyalı milyarder və ailəsi təyyarə qəzasında öldü

Ötən gün İtaliyada havaya qalxdıqdan bir müddət sonra qəzaya uğrayan və göyərtəsində 8 nəfərin olduğu şəxsi təyyarədə rumıniyalı milyarder Dan Petrescu və ailəsi olub.
QanunXəbər.com xəbər verir ki, qəzada ölənlər arasında Rumıniyanın ən varlı iş adamlarından Dan Petrescu, həyat yoldaşı, oğlu və ailə dostlarının olduğu bildirilib.
İtaliyanın Hava Təhlükəsizliyi Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb.
Milan Baş Prokurorluğundan prokuror Tiziana Siciliano təyyarənin qara qutusunun tapıldığını və araşdırmaya başlayacaqlarını açıqlayıb.


Tarix: 5-10-2021, 01:39 Oxunub: 69


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı