19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Türk Lirəsi ucuzlaşmaqda davam edir

Dollar/TL məzənnəsi indiyədək ən yüksək səviyyəsini görüb.
QanunXəbər.com  xəbər verir ki, məzənnə 8.4460 səviyyəsini test edib. Bakı vaxtı ilə saat 08:40-da Dollar/TL məzənnəsi  8.44 səviyyəsində olub.
Həftənin ilk əməliyyat günündə, ABŞ-da Prezident seçkiləri əvvəlində qeyri-müəyyənliyin təsiri ilə dollar inkişaf edən və inkişaf etmiş ölkə pul vahidləri qarşısında dəyər qazanmışdır. Həftənin ikinci əməliyyat günündə isə dollar Asiyadakı əməliyyatlarda G-10 ölkələrinin pul vahidləri qarşısında geriləyib. 
Bloomberg dollar indeksi 0,1% geriləyib. Beləliklə, son 5 əməliyyat günündə ilk dəfə geriləmə qeyd edib.
ABŞ-da son açıqlanan sorğunun ardından sərmayəçilər Demokratların namizədi Joe Bidenin zəfərini qiymətləndirirlər. Bununla əlaqədar ABŞ ilə Çin arasındakı gərginliyin sona çatacağı gözləntiləri Asiya ölkələrinin pul vahidlərini dəstəkləyib.
Joe Biden seçilərsə ABŞ-Çin arasındakı gərginliyin azalacağı nəzərdə tutulur.


Tarix: 3-11-2020, 09:00 Oxunub: 62


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı