23:30 / 08-11-2021
Təbrik edirik!
Tərtər rayonunun müəllimləri adından ölkəmizin bütün müəllim heyətini peşə bayramları-5 Oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm

Müstəqillik yollarında atdığımız uğurlu addımlar, ölkədə gedən iqtisadi inkişaf, yürüdülən müdrik daxili və xarici siyasət, siyasi sabitlik ölkəmizin dünya arenasında imicini artırmış daha da şöhrətləndirmişdir. Bu uğurların qazanılmasında müəllimlərin də xüsusi rolu vardır.
Azərbacan müəllimləri də Müstəqil Azərbaycanımızın parlaq sabahı olan gənc qurucularının ulu öndər Heydər Əliyev ideyaları ruhunda tərbiyə olunmasında, soykökünə, milli zəminə, mənəvi dəyərlərə bağlılıq ruhunda böyümələrində öz sözlərini deyir, üzərlərinə düşən məsuliyyətin və şərəfli vəzifələrinin öhdəsindən layiqincə gəlir, sabaha daha inamla baxırlar. Bu inamı yaradan qədəm qoyduğumuz informasiya cəmiyyəti, elmə, biliyə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşması, qloballaşma çağırışları, təhsilimizin parlaq sabahından xəbər verən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” dır.
Tərtər rayonunun müəllimləri adından ölkəmizin bütün müəllim heyətini peşə bayramları-5 Oktyabr Beynəlxalq Müəllim Günü münasibətilə səmimi qəlbdən təbrik edir, gənc nəslin şəxsiyyət kimi formalaşdırılması işində uğurlar, daha böyük nailiyyətlər, şəxsi həyatlarında səadət, xoşbəxtlik arzu edirik. 
                                              Dilşad Məmmədova 
                 Tərtər rayon Aslan Kərimov adına 3 nömrəli tam orta məktəbin direktoru

  


Tarix: 5-10-2021, 09:21 Oxunub: 713


Bölməyə aid digər xəbərlər