19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
İmtahanların ikinci mərhələsi keçirilməyə bilər - Sədr

Məsləhət görürəm ki, hər kəs birinci imtahan cəhdində iştirak etsin.

QanunXəbər.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar ola bilər ki, imtahanların ikinci mərhələsi keçirilməsin:

"İmtahanlarla bağlı abituriyentlər və onların valideynləri bu gündən etibarən abituriyent jurnalını sifariş edərək, məlumatları əldə edə bilərlər. Subbakalavrlardan imtahan götürülmədiyi üçün, hələ ki, sənəd qəbulu başlamır. Bu abituriyentlər üçün iyul ayından etibarən sənəd qəbulu başlayacaq".

Məleykə Abbaszadə qəbul imtahanına sənəd qəbulunda çətinlik çəkən abituriyent və valideynlərə məsləhət mərkəzlərinə yaxınşalamağı tövsiyə edib:

"Çox zaman görürük ki, bir insan 50 nəfərin ərizəsini doldurub. Kiminsə məlumatlarında yanlışlıq olduqda, abituriyentlə əlaqə saxlaya bilmirik. Yaxud da ali məktəb, ixtisas qrupu seçimində yanlışlıqlar olur. Sənəddə yol verilən səhvlərdə məsuliyyət valideyn və abituriyentin üzərinə qalır"


Tarix: 26-05-2021, 11:47 Oxunub: 114


Bölməyə aid digər xəbərlər