19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Müsahibim tanınmış kosmetoloq Arzu Akbulutdur. Dr.Akbulutla qızda dəriyə qulluq qaydalarından danışacayıq.

Müsahibim tanınmış kosmetoloq Arzu Akbulutdur. Dr.Akbulutla qızda dəriyə qulluq qaydalarından danışacayıq.
Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur. Qışda daha çox süd və bal tərkibli vasitələrə üstünlük verilməlidir. Qış aylarında daha çox qoruyucu tərkibli, tərkibində A, C vitamini olan kosmetik vasitələrdən istifadə edilsə, yaxşı olar. Mütləq üzdən makiyajı təmizləyərkən kosmetik süddən istifadə edilməli və dəriyə gecə kremi çəkilməlidir.
Qışda soyuğun ən çox təsir etdiyi bədən üzvü dodaqlardır. Dodaqların dərisi zərif olduğu üçün şaxtanın təsirindən tez çatlayır, yara olur. Qışda dodaqları qorumaq üçün tərkibində A vitamini olan dodaq boyasından istifadə etmək lazımdır. Bundan əlavə, gecələr dodaqlara zeytun yağı çəkib yatmaq lazımdır. Bu, dodaqların qurumasının qarşısını alacaq.

Arzu xanım qışda dəriyə necə qulluq etmək lazımdır?
-Qışda dərimiz xüsusi qulluq tələb edir. Tam qulluq 5 elementdən ibarətdir:

1) təmizlənmə;
2) tonizasiya;
3) nəmləndirmə;
4) qidalanma;
5) qorunma.
 
Əsas baxım qaydaları:
1. Soyuq havalarda təkcə E vitamini ilə deyil, D vitamini ilə də zəngin krem seçin.
2. Əgər dəridə xırda damarların yaranmasına meyl varsa, K vitamini olan kremlərdən istifadə edin.
3. Əgər dəriniz  çox qurudursa onda tonal kremə bir az nəmləndirici əlavə etmək olar , yaxşıca qarışdırmaq və evdən çıxmadan 30 dəqiqə əvvəl tətbiq etmək lazmdır.
4. Mənfi havalarda quru kosmetika ilə makiyaj etmək lazım deyil ( maye göz layneri və qaymaqlı göz kölgəsi istifadə etmək daha yaxşıdır). 5. Mümkün qədər su içməyə çalışın: dəridə  yağ vəzlərinin funksiyası normallaşdırmağa və soyuqda rahat çıxmağa kömək edəcəkdir.
6. Çox isti duş və ya hamam almamağa çalışın. Su dərəcəsi nə qədər yüksək olsa, dəri daha çox quruyur.⠀
7. Su prosedurlarından sonra sərt dəsmal istifadə etməyin , dərinizi yumşaq bir şəkildə silin.
8. Əllərə qulluq - əl kremini mümkün qədər tez-tez istifadə edin.

Hansı kosmetoloji  prosedurları qışda etmək olar?
1.Pilinqlər
2.Mezoterapiya, Biorevitalizasiya
3.Üzün təmizlənməsi
4.Lazer prosedurları

Arzu xanım xanımlarımıza Effektli qış maskaları haqqında nə deyə bilərsiz?
1. 2 xörək qaşığı yağlı kəsmik 1 xörək qaşığı zeytun yağı və 1/2 limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maskanı üzünüzdə 20 dəqiqə ərzində saxlayın.
2. 2 xörək qaşığı xama 1 çay qaşığı şaftalı yağı (apteklərdə və supermarketlərdə satılır) ilə qarışdırılır və təmiz dəriyə şəkilir. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.
3. Kök sürtgəcin xırda gözündən keçirilir, üzərinə çiy yumurtanın sarısı, 1 qaşıq zeytun yağı və 1/2 limonun şirəsi əlavə olunur və qarışdırılır. Maskanı üzünüzdə 20 dəqiqə saxlayın.
4. 2 xörək qaşığı yulaf yarması unu 1 çay qaşığı ərik yağı və 1 xörək qaşığı kələm şirəsi ilə (kələmi sürtgəcdən keçirin və tənzifdən sıxın) qarışdırılır və təmiz üz dərisinə çəkilir.
Nəzərinizə çatdıraq ki, əgər dəriniz çox yağlıdırsa və üzərində civzələr və sızanaqlar varsa, bu maskalardan istifadə etmək olmaz!
Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə silin.

Müsahibə üçün çox sağ olun.
Buyurun həmişə gözəlliyinizin qayğısına qalın.


Tarix: 5-11-2021, 07:59 Oxunub: 809


Bölməyə aid digər xəbərlər