23:30 / 08-11-2021
Təbrik edirik!
Şəki rayon sakini Mübariz Səlimov- Mərkəzi rayon Xəstəxanasının terapiya şöbəsinin müdiri Kubra Rəsulovaya şöbədə yaradılan yüksək səviyyəli müalicəyə, həmçinin göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir

Yaxşı həkim işini görən peşəkar olmaqla yanaşı həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Xidməti işimlə bağlı Şəki rayonunda ezamiyyətdə olarkən bacımgilə qonaq getmişdim. Bacımın həyat yoldaşı Mübariz Səlimovun vəziyyəti çox ağr idi. Mübariz müəllim xroniki ürək çatışmamazlığından əziyyət çəkir. Ayaqlarında yaralar əmələ gəlmişdi. Bacımın ən  böyük arzusu ailəsinin sağlam olmasıdır. Mübariz müəllimin vəziyyəti neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və insan Şəki Mərkəzi rayon Xəstəxanasının terapiya şöbəsinin müdiri Kubra xanıma telefon vasitəsilə bildirdim və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi. Mübariz müəllim artıq Terapiya şöbəsində 21 -günlük kurs müalicə alır. Şöbədə çox keyfiyyətli, yüksək səviyyəli müalicə aldığına, həmçinin göstərilən diqqət və qayğıya görə başda Terapiya şöbəsinin müdiri Kubra Rəsulova olmaqla, Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Xalid Yusifova, şəfqət bacılarının hər birinə dərin təşəkkürünü bildirir Mübariz müəllim.
Kubra həkiminin məqsədi xəstələri müalicə edərkən yalnız ağrıdan azad etmək deyil, həmçinin ağrıya səbəb olan amilləri də aradan qaldırmaqdır. Bu gün Şəki sakinləri və hətta qonşu rayonlardan da Kubra həkimin yanına xəstələr gəlir və şəfa tapırlar. Kubra həkim bu çətin və eyni zamanda məsuliyyətli işində hər zaman xəstələrinə diqqətlə yanaşır, dinləyir, dərdlərinə əlac olmağa çalışır və heç kəsi naümid buraxmır.Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir. Kubra həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Şöbədə tibbi nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların Dr. Rəsulovaya daha çox müraciət etməsinə səbəb olur. O, kollektivin, rəhbərliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir. 
Hörmətli Kubra həkim! Bu isti sözlərimizi ünvanınıza illərin qovuşuğunda, vaxtın-zamanın məhdudluğunda yazıram. Və yaza-yaza Ulu Tanrıdan bəndəsi üçün xəlq elədiyi bütün yaxşılıqları Sizə arzulayıram! Arzu edirəm ki, Azərbaycan Türklərinin qüdrətli yetirməsinə, xalqımızın hörmətli ziyalısına, istedadlı həkim-terapevtinə,  Tanrının bizə bəxş etdiyi tapıntısına Tanrı özü hər işində kömək olsun. Mən fəxr edirəm ki, Azərbaycanda Kubra xanım Rəsulova  kimi ziyalı, insan kimi insan vardır. 
Bir daha yazıram: Kubraların çox olsun Vətən!
 


Tarix: 21-10-2021, 17:06 Oxunub: 110


Bölməyə aid digər xəbərlər