Həkimlər hisslərin, gözlərin, ürəklərin dili ilə danışan incə peşə sahibləridir. Xilaskar mələklərdir.
Yaxşı deyiblər:
Neçə ömrə dayaqdır,
Arzulara çıraqdır.
Qəlbə ümid daşıyır,
Əməlləri yaşayır.
Artıq neçə illərdir ki, Azərbaycan səhiyyəsinin şərəfini qoruyan Azər Fərəc yüzlərlə xəstəyə dəqiq müayinəsi ilə yeni həyat verib, onları ölümün pəncəsindən alıb.
Azər həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir.
Azər Fərəc öz sadəliyi, səmimiliyi ilə seçilir. Xəstələrə həmişə diqqət göstərir, dərdlərinə şərik çıxır və problemlərinin həllinə kömək edir, insanları darda qoymur. Bir çoxları üçün o, həm də mərhəmət ünvandır. Onun mərhəmətinə pənah gətirən insanlar ümidsiz qayıtmazlar heç vaxt. Hər bir insan ürəyinin hökmü ilə seçdiyi və sevdiyi peşə ilə məşğul olanda, öz peşəsinin vurğunu olanda gördüyü işlərin cəmiyyət üçün faydası böyük olur. Bu həyat həqiqətini biz keçdiyi şərəfli ömür yolunun timsalında aydın görürük. Bu müdrik, eyni zamanda sadə və xeyirxah insanın həyat yolu həkimlərimiz üçün mənəviyyat məktəbidir. Pozitiv, müsbət və dərin insanlardan biridir. Həkimin hər bir xəstənin psixoloji durumuna görə yanaşma üsulu var. “İnam müalicənin yarısıdır” deyiblər. Yanına gələn xəstələrdə sagalacağına ümid yaradır . Pasinetlər həkimlə danışandan, görüşəndən sonra özümü yaxşı hiss edirəm”,- deyir. Məncə, xəstənin həkimə olan inamı onun sağalmasında əsas rol oynayır. Bütün bu gözəl keyfiyyətlərinə görə çalışdığı kollektiv üzvlərinin və pasiyentlərin hörmət və məhəbbətini qazanan Azər Fərəc sözün əsl mənasında sənətinin vurğunudur və həkim olduğu üçün özünü xoşbəxt sayır.
Biz də bu şərəfli yolda Dr. Azər Fərəcə uğurlar arzulayırıq.
Bölməyə aid digər xəbərlər