19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr.Rafail Abdullayev-COVID-19 xəstəliyi ilə bağlı öz fikirlərini bölüşdü



Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələr xüsusi ayrılmış xəstəxanalarda həkim nəzarət altında müalicə edilirlər. Lakin müəyyən əlamətlər müşahidə olunduğu təqdirdə xəstəni koronavirusa yoluxmaqda və ya virus daşıyıcısı olmaqda şübhəli hesab etmək olar. 

Koronavirusun simptomları hansılardır?

Bu simptomlar COVID-19 xəstəliyi ilə müqayisədə daha çox yayılmış qrip (influenza) və ya soyuqdəymənin simptomlarına bənzərdir. Buna görə də kiminsə məhz COVID-19 xəstəliyinə yoluxduğunu öyrənmək üçün həmin şəxsin test olunması tələb olunur. Simptomlar virusla qarşı qarşıya gələndən 2-14 gün ərzində özünü göstərə bilər. Bəzi yoluxan insanlar simptom göstərməyə bilər.
Ən yayğın simptomlara hərarət, öskürək və yorğunluq aid ola bilər. Digər simptomlar isə təngnəfəslik, sinədə ağrı və ya sıxılma, əzələ və ya bədən ağrısı, baş ağrısı, dadbilmə və qoxu hissinin itməsi, boğazda narahatlıq hissi, ishal, mədə bulantısı və qusma, qarın ağrısı və dəridə qaşınmadır. Bu simptomlardan əlavə körpələrdə qidalanmada çətinlik müşahidə oluna bilər.
Hər yaşta uşaq COVID-19 xəstəliyinə yoluxa bilər. Böyüklər və uşaqlar eyni əlamətlər olsa da, uşaqlar əksər hallarda xəstəliyi böyüklərə müqayisədə daha yüngül keçirdirlər.Daha ağır hadisələrdə infeksiya pnevmoniya, yaxud tənəffüs çatışmazlığına səbəb ola bilər. Daha nadir hallarda infeksiya ölüm ilə nəticələnə bilər. 


Özümü yoluxma riskindən necə qoruya bilərəm?

İnfeksiyadan özünüzü qorumaq üçün siz və ailəniz aşağıdakı ehtiyat tədbirindən yararlana bilərsiniz:
  1. Sabun və su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun 
  2. Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın
  3. Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın
  4. Telefonlar, qapı dəstəkləri, işıq keçiriciləri və qida hazırlanan səthlər kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin
  5. Sizdə və ya övladınızda hərarət, öskürək yaxud təngnəfəslik olarsa, tez bir zamanda tibbi yardım üçün müraciət edin   
  6. İnsanların çox olduğu, qapalı və havalandırmanın zəyif olduğu yerlərə getməməyə çalışın və ya getməlisinizsə insanlarla aranızda fiziki məsafəni saxlamağa çalışın
  7. Fiziki məsafəni saxlamanın çətin olduğu ictimai yerlərdə parça maskadan istifadə edin
  8. Qapalı məkanları mütəmadi havalandırın.

Koranaviruslu xəstələrə necə qulluq edilməlidir?


Xəstə üçün vanna otağı ayrılmalıdır, onun toxunduğu hər bir əşyanın səthi təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstənin əlamətləri müntəzəm izlənilməlidir, ona çox yaxınlaşmadan bədənin hərarəti gündə bir neçə dəfə ölçülməlidir. Evdə ailə üzvlərindən kimdəsə əlamətlər müşahidə edilərsə, dərhal tibbi qrup çağırılmalıdır”.
Xəstə üçün vanna otağı ayrılmalıdır, onun toxunduğu hər bir əşyanın səthi təmizlənməli və dezinfeksiya edilməlidir. Xəstənin əlamətləri müntəzəm izlənilməlidir, ona çox yaxınlaşmadan bədənin hərarəti gündə bir neçə dəfə ölçülməlidir. Evdə ailə üzvlərindən kimdəsə əlamətlər müşahidə edilərsə, dərhal tibbi qrup çağırılmalıdır”.
Xəstəni susuzlamağa qoymamaq, ona kifayət qədər su və alkoqolsuz təmiz maye içirmək lazımdır: “Əgər xəstəni narahat edən öskürək varsa, həkimin məsləhət gördüyü dərman verilməlidir. Dərman tövsiyə olunandan artıq qəbul edilməməlidir. Xəstənin olduğu mənzildə tam sakitlik hökm sürməlidir. Yemək zamanı xəstəyə kömək göstərilməli, lakin müəyyən məsafə saxlanılmalıdır: “Yemək və ya içki vermək üçün xəstə üçün xüsusi qab ayrılmalıdır. Xəstənin çirklənmiş paltar, dəsmal və yataq dəsti həmin otaqda bir səbət və ya çantaya yığılmalı, onları yığıb camaşıra apararkən əlcək geyinilməlidir. Əlcəklər çıxarılandan sonra əllər təmiz yuyularaq spirtlə dezinfeksiya olunmalıdır. Xəstəliyin erkən mərhələlərində və ya əlamətlər inkişaf etməzdən əvvəl xəstənin toxunduğu bütün təmas səthləri gündəlik olaraq təmizlənməlidir. Buraya masalar, sərt stullar, qapı tutacaqları, elektrik açarları, vanna otağı qurğuları, uzaqdan idarəetmə vasitələri, kabinetlər və soyuduculardakı tutacaqlar, kompüter klaviaturaları və “siçanlar”, planşetlər, telefonlar və digər əşyalar daxildir”.

Tarix: 16-01-2021, 00:09 Oxunub: 168


Bölməyə aid digər xəbərlər