19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Müsahibim Ə. Qarayev adına Uşaq kliniki II Pediatrik bölümünün müdiri, tibb elmləri doktoru, professor Hüseynağa Qurbanovdur.

Müsahibim Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasının II Pediatrik bölümünün müdiri, Tibb elmləri doktoru, Beynəlxalq Alleqroloqlar, İmmunoloqlar və İmmunreabilitasiya Elmi Cəmiyyətinin üzvü,UNESKO-nun və Almaniyanın Avropa Universitetinin professoru, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü Hüseynağa Qurbanovdur. Həkimlə uşaqlarda Allergik xəstəliklər və onların növləri haqqında danışacayıq.

Allergiya- orqanizmin allergen adlanan, ətraf mühitdəki bəzi faktorlara ( kimyəvi maddələrə, mikroblara və onların həyat fəaliyyətinin məhsullarına, qida məhsullarına) qarşı yüksək həssaslığıdır. Allergiyanın fizioloji mexanizmi, orqanizmdə antitelin əmələ gəlməsinə əsaslanır. Bu da həssaslığın artmasına və ya azalmasına gətirib çıxarır. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bu immun sisteminin patologiyasıdır.

Uşaqlarda ən çox hansı allergik xəstəliklər olur?

Uşaqların orqanizmi həssas olduğu üçün onlar böyüklərə nisbətən allergik xəstəliklərə daha çox meyilli olurlar. Bu da ən çox yaz aylarında özünü göstərir.
1. Allergik bronxit
Azyaşlılarda tez-tez rast gəlinən allergik xəstəlikdir. Bəzi allergiyaların ağırlaşmaları zamanı broxların iltihablaşması ilə müşaiyət olunur.

2. Allergik rinit
Ən çox yaz aylarında rast gəlinən allegik xəstəlikdir. Çiçək tozcuqlarının, havada olan tozların, tüklü oyuncaqların burunu qıcıqlandırması nəticəsində əmələ gələn allergik xəstəlikdir.

3. Qida allergiyası
Adətən körpə yaşlarından müxtəlif qida vasitlərinə qarşı olan allergik xəstəlikdir. Xəstəlik özünü dəridə qızartılarla biruzə verir.

4. Allergik dermatit
Allergik dermatit körpələrin inək südü ilə qidalandıqları zaman ortaya çıxır. Özünü üzdə, ağız ətrafında və boyunda olan qızartılarla biruzə verir.

5. Dərman allergiyası
İmmun sistemi möhkəmlənməmiş və genində dərmanlara qarşı həssaslıq olan uşaqlarda müşahidə edilir.

6. Heyvanlara qarşı allergiya
Heyvanları sığallayarkən və ya toxunarkən əllərdə və üzdə səpgilərlə müşaiyət olunur.

7. Həşəratlara qarşı allergiya
Həşərat sancması zamanı baş verir.

8. Anafilaktik şok
Bəzi uşqlarda antibiotiklərə qarşı olan allergiya zamanı, məlumatsızlıqdan antibiotik qəbulu zamanı baş verir. Bəzən arı sancması nəticəsində də ola bilir. Vaxtında və düzgün müdaxilə olunmazsa ölümlə nəticələnir.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm.
Buyurun, həmişə sağlam olun.

Tarix: 20-01-2021, 22:44 Oxunub: 1 207


Bölməyə aid digər xəbərlər