19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Əli Əsədov Dövlət Komitəsinin vəzifələrindən birini ləğv etdi

Baş nazir Əli Əsədov “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarında dəyişiklik edib.
Bununla bağlı Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib. 
Bildirilib ki, dəyişikliyə əsasən, qərarın yeddinci hissəsi ləğv edilib. 
Qeyd edək ki, həmin qərarın yeddinci hissəsində Dövlət Statistika Komitəsinə büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etmək tapşırılmışdı.


Tarix: 20-07-2020, 22:53 Oxunub: 126


Bölməyə aid digər xəbərlər