Tərtərdə ikisi qadın olmaqla, səkkiz nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV xəbər verir ki, hadisə Hindarx - Tərtər - Boluslu avtomobil yolunun Tərtərin Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Hindarx istiqamətində hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ötmə əməliyyatı edərkən qarşıdan gələn “Chevrolet” markalı maşınla toqquşub. Nəticədə, ikisi qadın olmaqla, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qadınlar yüngül xəsarət aldıqları üçün evə ambulator müalicəyə buraxılıblar.
Digər yaralılar - Tərtər rayon sakinləri - 26 yaşlı Elşən Əlizadə, 27 yaşlı Elturan Əlisoy, 31 yaşlı Hüseyn Hüseynov, Bərdə rayon sakini, 29 yaşlı Sahil Almasov, Yevlax rayon sakini, 31 yaşlı İslam Nəbiyev, Mingəçevir şəhər sakini, 24 yaşlı Arzuman Atayev Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Onlardan üçünün vəziyyəti ağır olduğu üçün biri Bakıya, ikisi isə Gəncə şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bölməyə aid digər xəbərlər