“Sosial şəbəkələrdə sərhədboyu müxtəlif istiqamətlərdə hansısa əməliyyatların keçirildiyinə dair məlumatlar yayılır. Bunlar əsassız və qeyri-dəqiq məlumatlardır”.
Oxu.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı iyulun 12-də erməni təxribatının baş verdiyi Azərbaycan - Ermənistan sərhədindəki vəziyyətə münasibət bildirərkən deyib.
V.Dərgahlı bu kimi əsassız məlumatları yayan şəxslərə müraciət edib:
“Belə informasiyalar həqiqəti əks etdirmir. Xalqımız, sosial şəbəkə istifadəçiləri, kütləvi media nümayəndələrindən bu istiqamətdə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlara diqqət etmələrini xahiş edirik.
Digər dedi-qodu tipli məlumatların yayılması düşmən dəyirmanına su tökməkdir. Odur ki, birmənalı olaraq rəsmi məlumatlara istinad edilməsi vacibdir”.
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |