19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ

“Armenia Today” Ermənistanın baş nazirinin mətbuat katibi Mane Gevorkyanın bəyanatı barədə xəbər verib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağla bağlı danışıqların daha effektiv olmasının düsturu”nu təklif edib və bu, Ermənistan, Qarabağ və Azərbaycan xaqlrarı üçün məqbul olmalıdır. Ən qəribəsi odur ki, Mane Gevorkyan beynəlxalq birliyin bu düsturu qəbul etdiyinə nədənsə əmindir.
“PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov Media.Az-a verdiyi müsahibədə Nikol Paşinyanın mətbuat katibinin açıqlamasına münasibət bildirib.
- Beynəlxalq birlik Paşinyanın səsləndirdiyi düsturu qəbul edirmi? Ümumiyyətlə, Qarabağ xalqı nə deməkdir? Sakinlər deyil, xalq: bunu deyərkən Yerevan yalnız erməniləri nəzərdə tutur. Kazan düsturu, Madrid prinsipləri var. Bunlar Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən təsdiqlənmiş mərhələli plandır. İndi isə Yerevandan fərqli, çox qəribə açıqlamalar gəlir.
- Mənim nəzərimcə, bu, vaxtı uzatmaq üçün vəziyyəti tipik “laxlatmaq” cəhdidir. Bilirik ki, Yerevandan əvvəlki öhdəlikləri yerinə yetirməsi tələb olunur. Elə həmin Nikol Paşinyan bu razılaşmaların Ermənistanın maraqlarına uyğun gəlmədiyini və Yerevanın heç bir ərazini vermək niyyətində olmadığını bildirib.
Azərbaycanlılar ancaq Qarabağa qayıtdıqdan və təhlükəsizlikləri təmin olunduqdan sonra “üç xalq”ın maraqları haqqında danışmaq mümkün olacaq. Bundan əlavə, itirilmiş əmlak məsələsini həll etmək lazımdır. Axı, insanlar haradasa yaşamalıdırlar, onların isə hər şeyləri əllərindən alınıb. Beləliklə, təzminat məsələsi də ortaya çıxır. Avropalı, bəlkə də rusiyalı iqtisadçılar qiymətləndirmə aparmalıdır və bütün bunlar ATƏT-in Minsk Qrupu çərçivəsində baş verə bilər.
- Başqa bir sual: Yerevan Bakını ittiham edir ki, Azərbaycan Ermənistanı “faydalı düşmən” kimi təqdim edir. Bunu necə başa düşmək olar? Təxminən 30 ildir ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayır.
- Gəlin, Ermənistan və Azərbaycanın iqtisadiyyatına baxaq. Kimin kimi düşmən kimi təqdim edəcəyi dərhal aydın olacaq. Ermənistan rəhbərliyi daim pisləşən iqtisadi vəziyyəti Azərbaycan və Türkiyənin onları mühasirədə saxlaması ilə əsaslandırır. Yəni Nikol Paşinyan hökumətindən başqa, ətrafdakıların hamısı günahkardır.
Azərbaycanın ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalı barədə danışmağı düzgündür. Bununla belə, Bakı münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Odur ki, Yerevandan Azərbaycanı bütün günahlarda ittiham etməsini eşitmək qəribədir. Halbuki Ermənistan danışıqlarda razılaşmaları yerinə yetirməyən tərəfdir, daim vurnuxur.
- “Xalqları sülhə hazırlamaq” mövzusuna toxunmaya bilmərəm. Paşinyan bu barədə dəfələrlə danışsa da, Ermənistan bu yaxınlarda Azərbaycanın BMT Baş Assambleyasının qlobal pandemiya ilə mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünə qarşı çıxdı. Aydındır ki, bu, təklif Bakıdan gəldiyi üçün belə edilib.
- Sovet cizgi filmini xatırlayın: “Küpəgirən qarı əleyhinədir” (gülür). Paşinyan xalqları barışığa çağırır, lakin Bakı və Yerevan fərqli anlayışa sahibdirlər. Ermənistan üçün sülh status-kvonu saxlamaq, yəni bütün (işğal altında olan - red.) ərazilər üzərində nəzarəti saxlamaq deməkdir. Bundan əlavə, Qarabağ məsələsi Nikol Paşinyanın hakimiyyətini əlində saxlaması məsələsidir.
Azərbaycan üçünsə bu, ərazilərə sülhün qayıtması və onları nəzarəti altına qaytarmasıdır. Bakı mərhələli həll yoluna hazırdır, Azərbaycanda Yerevandan fərqli olaraq, vəziyyət adekvat qəbul edirlər. Fərq də bundadır.


Tarix: 10-07-2020, 14:01 Oxunub: 145


Bölməyə aid digər xəbərlər