19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
“Delta” ştammının kliniki əlamətləri dəyişib - XƏBƏRDARLIQ

"Həssas bir dönəmdə yaşayırıq. Öz istəyimizdən asılı olmayaraq, həyat tərzimiz də dəyişir. Gündəlik işimizi də, sosial qayğılarımızı da bu ümumbəşəri bəlanın diktəsinə uyğun tənzimləyirik".
QanunXəbər.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronavirusun yeni ştammının kliniki əlamətlərinin dəyişdiyini bildirib:
"Əvvəllər "alfa", "beta" ştammlarına yoluxan xəstələr daha çox iybilmə, dadbilmə hissinin itməsindən, kürəkdə ağrıların olmasından şikayətlənirdilər. Hazırda "Delta" ştammı ilə xəstələnənlərin ən çox şikayət etdikləri əlamətlər isə boğazda ağrının, qıcıqlanmanın olması, udqunma zamanı diskomfortun yaranması, baş ağrılarıdır. Hərarətin yüksəlməsi isə virusun bütün ştammları üçün xarakterikdir".
Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev isə hazırkı vəziyyətin epidemioloji cəhətdən bir qədər gərgin olduğunu, buna baxmayaraq, böyük bir təhlükə gözləmədiyini vurğulayıb.
Bildirib ki, ölkə səhiyyəsi koronavirusla bağlı tədbirlər sistemi hazırlayıb həyata keçirir və yaxın gələcəkdə aparılan işlərin nəticəsini görmək mümkün olacaq:
"Əhalinin bütövlükdə peyvəndlənməsində əsas məqsəd kütləvi immunitetin yaranmasına nail olmaqdır. Vaksinasiya həm yoluxmanın qarşısını alır, həm də yoluxanlarda xəstəliyin yüngül keçməsinə kömək edir. Müşahidələr də göstərir ki, reanimasiyaya düşənlərin böyük əksəriyyəti vaksin olunmayanlardır. Əhalinin ən azı 70 faizi vaksinasiyadan keçməlidir ki, kütləvi immunitet yaransın".
Hər iki mütəxəssis canlı təmasları minimumuma endirməyi, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi, kütləvi tədbirlərə qatılmamağı məsləhət görür.


Tarix: 9-09-2021, 17:23 Oxunub: 40


Bölməyə aid digər xəbərlər