19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
“Azərsığorta” Dövlət Sığorta Şirkətinin Beyləqan rayon filialı etibarlı əllərdədir

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir? Bu şəxs, hər kəsin dostu sadə azərbaycanlı “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Beyləqan rayon filialının rəhbəri  Hüseynov Düldül Novruz oğludur.  Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Düldül müəllim.

Hörmətli Düldül müəllimin qısa həyat tarixçəsini təqdim edirik:
Hüseynov Düldül Novruz oğlu 1972-ci ildə  Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Unverisitetini bitirib. 1999-cu ildən 2008-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xocavənd rayon filialında sektor müdürü vəzifəsində çalışıb.
2008-ci ildən 2012-ci ilədək “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Xocavənd rayon flialında direktor vəzifəsində, 2012-ci ildən bu günədək “Azərsığorta” Dövlət Sığorta Şirkətinin Beyləqan rayon filialının direktoru vəzifəsində çalışır.

Düldül müəllim hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Düldül müəllimin həyat səlnaməsinə nəzər salanda görürük ki , o , hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Düldül müəllim rəhbərlik etdiyi “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Beyləqan rayon filialında qayda-qanunların , eləcədə vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılması Düldül  müəllimin zəhməti sayəsində başa gəlib.
 Bizdə bu çətin və şərəfli işində Düldül müəllimə və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Tarix: 5-07-2021, 00:18 Oxunub: 111


Bölməyə aid digər xəbərlər