19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Azərbaycan arıçıları turist qəbul etməyə hazırlaşır

Azərbaycan arıçıları bu sahə ilə bağlı turizmin inkişaf etdirilməsi istiqamətində işlərə başlayıb.
Bunu açıqlamasında Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, bu işlər Dövlət Turizm Agentliyinin Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi "Slow Food" layihəsi çərçivəsində həyata keçirilir.
"Belə ki, Qaxda yerləşən arıçılıq təsərrüfatlarında həm qədim dövr arıçılığı, həm də müasir dövr arıçılığı ilə bağlı nümunələr yerləşdiriləcək. Bu təsərrüfatlara baş çəkən qonaqlar arılara qulluq da daxil olmaqla bu sahənin bütün elementləri ilə tanış ola biləcəklər", - deyə o qeyd edib.


Tarix: 12-05-2021, 07:47 Oxunub: 108


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı