19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Tesla-dan ilk rübdə rekord mənfəət!

ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla-nın xalis mənfəəti bu ilin ilk rübündə 438 milyon dollar təşkil edib. Bu, rekord səviyyədir.
Şirkətin bu ilin ilk rübündə əldə etdiyi cəmi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 74% artımla 10,4 milyard dollara yüksəlib. İndiyə qədərki ən yüksək sayda elektromobil istehsal edən və təhvil verən şirkət, keçən ilin ilk rübündə 5,9 milyard dollar cəmi gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə ilin ilk rübündə, keçən ilin eyni dövrü ilə müqayisədə 27 dəfədən çox artaraq 438 milyon dollar təşkil edib. Teslanın xalis mənfəəti keçən ilin ilk rübündə 16 milyon dollar olaraq hesablanmışdı.
Tesla, yanvar-mart dövründə alıcılara 184 min 800 vasitə təhvil verib.  


Tarix: 27-04-2021, 09:30 Oxunub: 71


Bölməyə aid digər xəbərlər