19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Millət vəkili Xan Şuşinskinin qızı ilə görüşdü - Foto

Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva və xalq artisti Fikrət Verdiyevlə Mədəniyyət Komitəsində görüşüb.
Kult.az xəbər verir ki, görüşdə ictimai birliyin həyata keçirdiyi və planlaşdırdığı tədbirlər, yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Q.Paşayeva B.Verdiyevaya üzərində “Şuşa - Azərbaycandır!” yazılmış qol saatı bağışlayaraq, ürək sözlərini bölüşüb:
“Şuşa deyilincə yada düşən ilk adlardan biri Xan əminin adıdır. Siz onun övladı və xalq artisti olan dəyərli həyat yoldaşınız Fikrət müəllimlə birgə Xan Şuşinski Fondu xətti ilə, sənətkarın irsinin qorunması, təbliğ olunması sahəsində öz xidmətlərinizi göstərirsinizz. Sizin hər ikiniz tanınmış aydınlarımızsız, inanıram ki, fondunuz vasitəsi ilə Mədəniyyət Paytaxtımız Şuşanın dirçəldilməsi işinə, bu il keçiriləcək "Xarı bülbül" festivalı və Vaqif Poeziya Günlərinə ictimai platformadan öz mənəvi dəstəyinizlə töhfə verəcəksiz. Özəlliklə, Xan əminin 120 illik yubileyinin bu ilə təsadüf etməsi də sizin Fondun üzərinə mənəvi məsuliyyət qoyur. İnanıram ki, əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq ortamında sənətkarın yubileyinin uyğun zamanda, onun adına layiq keçirilməsi üçün çalışacaqsız. Biz də, Mədəniyyət Komitəsi olaraq, yanınızdayıq".
Fond rəhbəri və xalq artisti səmimi qəbul və ətraflı müzakirə imkanı üçün Q.Paşayevaya təşəkkür edib.


Tarix: 8-02-2021, 22:04 Oxunub: 112


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı