23:30 / 08-11-2021
Təbrik edirik!
Paşayeva daha bir şəhid atası ilə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Sığdaş kənd sakini, şəhid əsgər Amid Salayevin atası Yadulla Salayevlə görüşüb.
QanunXəbər.com xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib:
“Əziz şəhid atası, siz Vətən uğrunda comərdcə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox siz şəhid valideynləri haqq edirsiz. Sizə minnətdarıq!
Amid kəşfiyyatçı kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib, öz şücaəti ilə seçilib. Amid Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirib, Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər döyüşərək, qəhrəmancasına şəhid olub.
Sizin oğlunuz Azərbaycan Prezidentinin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Amid kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq!”, - millət vəkili bildirib.
Şəhidimizin atasına tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından məktublar təqdim edilib.


Tarix: 3-01-2021, 16:22 Oxunub: 130


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı