19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Aprelin 5-dən 30 min manatdan 100 min manatadək artırılır - TƏSDİQ EDİLDİ

Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti və əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği artırılıb "Əmanətlərin tam sığortalanması" qanunun müddəti bitəndən sonra əmanətlərin sığortalanması üzrə kompensasiya məbləği üç dəfədən çox artırılacaq.
Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Gələn ilin aprelin 5-də "Əmanətlərin tam sığortalanması" qanun müddəti bitəndən sonra kompensasiyanın məbləği əvvəlki 30 min manatdan 100 min manatadək artırılır.Həmçinin 20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesabları da qorunan olacaq. O cümlədən notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlər də qorunan sayılacaq.
Xatırladaq ki, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış "Əmanətlərin tam sığortalanması haqqında" qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Əmanətlərin tam sığortalanması" qanuna edilən dəyişikliyə əsasən, bu müddət gələn il aprelin 5-dək uzadılıb.


Tarix: 26-12-2020, 14:08 Oxunub: 77


Bölməyə aid digər xəbərlər