19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Ağac kəsən Lerik sakini faciəli şəkildə can verdi

İyulun 21-də saat 14 radələrində Lerik rayonunun Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Lerik Rayon Prokurorluğu məlumat yayıb.
Daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyən edilib.
Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.


Tarix: 22-07-2020, 10:41 Oxunub: 99


Bölməyə aid digər xəbərlər