19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dünyada ərzaq qiymətləri son 10 ildə rekord həddə çatdı

Dünyada ərzaq məhsullarının qiymətləri son 10 ildə rekord səviyyədə bahalaşıb.
QanunXəbər.com xəbər verir kibu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
Təşkilat oktyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq müqayisədə 3 faiz artaraq 133,2 bəndə çatdığını açıqlayıb. Bununla da, qiymətlər 2011-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Bahalaşma ilk növbədə bitki yağlarının, dənli bitkilərin qiymətlərinin artması ilə bağlıdır.
Bitki yağlarının qiymət indeksi sentyabra nisbətdə 9,6 % və yaxud 16,3 bənd artaraq 184,8 bəndə çatıb. Artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması hesabına olub.
Dənli bitkilərin qiymət indeksi isə aylıq müqayisədə 3,2 % və yaxud 4,3 bənd artmaqla 137,1 bənd olub. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Arpanın belə qiyməti artıb.
Süd məhsullarının qiymət indeksi 120,7 bəndə kimi artıb. Ən çox yağsız və bütöv quru süd, kərə yağı bahalaşıb.
Hesabat dövründə ət indeksi 0,7 % və yaxud 0,8 bənd azalaraq 112,1 bənd olub. Ən çox donuz ətinin kotirovkaları düşüb. Bu, Çinin idxalı azaltması ilə bağlıdır. Mal ətinin qiymətlərinin azalması Braziliyadan tədarük edilən ətin kəskin ucuzlaşması ilə əlaqədardır. Quş ətinin qiymət kotirovkaları əksinə yüksək qlobal tələbin təsiri ilə artıb. Eyni zamanda yemlərin bahalaşmasından və xüsusilə Avropada quş qripinin olmasından dolayı istehsal həcmləri zəif templə artır.
Ötən ay şəkərin qiymət indeksləri 1,8 % və yaxud 2,1 bənd azalaraq 119,1 bəndə düşüb. Ucuzlaşma dünya bazarlarında idxal tələbinin məhdud olması, həmçinin Hindistan və Taylandın ixrac həcmlərini artıracağına dair proqnozlarla bağlıdır.


Tarix: 4-11-2021, 23:06 Oxunub: 617


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı