Çərşənbə, 9 aprel 2025, 11:59:19  
19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Həriri: Türkiyə yardım etsin, ölkəni itirə bilərik!

Regionda və Livandakı sünni-şiə gərginliyi ya sabitlik, ya da vətəndaş müharibəsinə səbəb olacaq.
Bu sözləri Livanın “Gələcək Hərəkat” birliyinin rəhbəri Əhməd Həriri deyib.
O bildirib ki, İranın İraqdakı təsiri də Livanın inkişafına əngəl olan amillərdəndir:
“Yaşadığımız regionda problemlərin səbəbi İran olmuşdur. Sünni-şiə gərginliyindən uzaq olmalıyıq, əks-halda ölkələrimiz məhv olacaq. Livan digər tərəfdən də İranla bağlılığı olan Hizbullahla mübarizə aparır. Xüsusilə Livanın şimalı hər mənada təhlükədədir. Bu bölgəyə yardım etməsək, Mosulun İŞİD-in əlinə keçməsi kimi, Şimali Livanı da itirə bilərik”, - deyə Həriri bildirib.
O əlavə edib ki, regiondakı proseslərin həlli ilə bağlı Türkiyənin üzərinə böyük məsuliyyət düşür.


Tarix: 19-08-2021, 08:49 Oxunub: 90


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı