19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Çinin oyun şirkətlərindən böyük qazanc

Çinli mobil oyun şirkətləri bir ayda 2.3 milyard dollar qazanıblar.
Çinin ən böyük 30 mobil oyun istehsalçısının, xarici bazarlara genişlənmələri sayəsində yanvar ayında gəlirlərində 50%-ə yaxın artım qeyd edilib.
QanunXəbər.com əbər verir ki, mobil tətbiqlərin məlumat analizlərini aparan "Sensor Tower" adlı şirkətin açıqlamasına görə, Çinin oyun şirkətləri, yanvar ayında dünya miqyasında 2,3 milyard dollardan çox gəlir əldə edib və şirkətlərin gəlirlərində keçən ilin eyni dövrü ilə müqayisədə 47,3% artım baş verib.
"Sensor Tower", bu rəqəmin yanvar ayında qlobal mobil oyun bazarındakı cəmi gəlirin 28,8%-ini təşkil etdiyini də qeyd edib. Tencent, NetEase, miHoYo, Lilith Games və FunPlusən böyük beş Çin oyun şirkətidir.
 


Tarix: 16-02-2021, 08:39 Oxunub: 127


Bölməyə aid digər xəbərlər