Amerikalı astronavt Alan Şepardın 1971-ci ildə “Apollo 14” missiyası əsnasında Ayın səthində qolf oynayarkən itirdiyini iddia etdiyi topları 50 il sonra tapılıb.
QanunXəbər.com Teleqraf.com-a istinadən xəbər verir ki, qolf topları Ayda çəkilən fotoların keyfiyyətinin kompüter proqramları vasitəsilə yaxşılaşdırılmasından sonra üzə çıxıb. Mütəxəssis Endi Sandersin apardığı incələmə nəticəsində Şepardın iddiası təsdiqlənib.
Şepard əlindəki qolf çubuğu ilə iki zərbə vurduğunu, bir topun ilk atışda kraterə girdiyini, ikincisinin isə kilometrlərlə uzağa getdiyini iddia edib. Kosmik gəminin eniş etdiyi ərazidə çəkilmiş fotoların yaxşılaşdırılmış görüntüləri kosmonavtın iddiasını qismən təsdiqləyib. Görüntülərdə Şepardın ilk zərbəsində topun 22 metr, ikinci vuruşunda 37 metr məsafədə Ayın səthinə düşdüyü bəlli olub.
Sanders bildirib ki, astronavt topları iddia etdiyi qədər atmasa da, bunu Ayda edə bilməsi vacibdir.
Bölməyə aid digər xəbərlər