Ukrayna Dövlət Təhqiqat Bürosu keçmiş prezident Viktor Yanukoviçin dövlətə xəyanət etməsi ilə bağlı daha bir yalan məlumat yayıb.
QanunXəbər.com xəbər verir ki, bu barədə keçmiş prezidentin maraqlarını müdafiə edən "Aver Lex" hüquq firmasının mətbuat xidmətindən açıqlama verilib.
V.Yanukoviçin vəkili Vitali Serdyuk Təhqiqat Bürosunun keçmiş prezidentdən Xarkov müqaviləsi ilə bağlı şübhə etməsi üçün bir səbəb olmadığını vurğulayıb:
"Hamı bilir ki, Xarkov müqaviləsindən öncə Yuliya Timoşenko hökuməti tərəfindən Moskvada qəsdən Ukrayna üçün əlverişsiz müqavilələr imzalanmışdı. Təbii qazla bağlı razılaşdırılan qiymət digər Avropa ölkələrindən daha yüksək idi, sadəcə Ukrayna iqtisadiyyatını öldürürdü. Bu cür ziyanı minimuma endirmək üçün 2010-cu ilin aprelində Yanukoviç qazın qiymətinin təxminən 30% endirilməsini nəzərdə tutan dövlətlərarası bir müqavilə imzaladı. Müqavilənin imzalanması nəticəsində Ukrayna milyardlarla qazanc əldə etdi. Bu, Ukrayna vətəndaşlarına sosial müavinətlərin artırılması üçün bir fürsət yaratdı".
Qeyd edək ki, Xarkov müqaviləsi 2010-cu ildə imzalanıb. Bu müqaviləyə əsasən, Qara dəniz donanmasının Ukraynadakı fəaliyyəti uzadılıb, qarşılığında isə Rusiya Ukraynaya təbii qazın qiymətində endirim edib.
Bölməyə aid digər xəbərlər