İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu “İl Giornale” qəzeti, “Adnkronos” xəbər agentliyi, “Kmetro0”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occhio Notizie”, “Telenicosia”, “Politicamente Corretto”, “Agenzia Nova” və digər mətbuat orqanları Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə son raket hücumu və Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə bağlı açıqlamasını dərc edib.
QanunXəbər.com xəbər verir ki, Azərbaycan səfiri İtaliya hökumətini, parlament üzvlərini, siyasi partiyaları, kütləvi informasiya vasitələrini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və mülki azərbaycanlı əhaliyə törətdiyi müharibə cinayətlərinə biganə qalmamağa çağırıb. Diplomat qeyd edib ki, erməni tərəfinin yalanlarına inananlar, işğalçının iddialarını kor-koranə dəstəkləyənlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə ağır artilleriya silahları, raketlərin istifadəsi ilə dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən nəticə çıxarmalıdılar. M.Əhmədzadə qeyd edib ki, sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə raket hücumları nəticəsində 60 mülki azərbaycanlı qətlə yetirilib, 270 nəfərdən çox mülki şəxs yaralanıb.
Səfir, həmçinin vurğulayıb: “Qərəzlilik yetər! İkili standartlar yetər! Məsələyə ideoloji don geyindirmək yetər! “Xristian ermənilər” və “müsəlman azərbaycanlılar” kimi bölünmə yetər! Nəhayət, anlamaq lazımdır ki, bu münaqişənin din ilə heç bir əlaqəsi yoxdur! Anlamaq lazımdır ki, Ermənistan sülh istəmir! Anlamaq lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirmək istəyir. Anlamaq lazımdır ki, Ermənistan işğal etdiyi ərazilərdən qovduğu 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını istəmir. Buna nail olmaq üçün də Ermənistan Azərbaycana qarşı yalan və saxtakarlıqlarla dolu propaqanda aparır”.
Diplomat açıqlamasını bu fikirlərlə yekunlaşdırıb: “Əgər doğurdan da Ermənistan sülh istəyirsə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır. Çünki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bölgədə sülhə əsas təhdiddir”.
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |