19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Ermənistanın 5468 əsgəri məhv edildi

Azərbaycan hakerləri Ermənistanın bəzi hərbi sirlərini ələ keçirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, indiyə qədər düşmən ordusunun ən azı 5468 hərbçisi öldürülüb.
QanunXəbər.com Pia.az-a istinadla xəbər verir ki, məlumatda məhv edilən düşmən əsgərlərinin adları, atalarının adları, soyadları və doğum tarixləri qeyd olunub.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqladığı siyahıda min nəfərdən bir qədər çox hərbçinin öldürülməsini etiraf edib. Hərbi ekspertlər əvvəldən bu rəqəmlərə şübhə edirdilər, çünki Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlarda düşmən ordusunun saysız hesab itkiləri aydın görünürdü.
Hakerlərin ələ keçirdiyi siyahı günü-gündən genişlənir. Yaralıların bundan 3-4 dəfə çox olduğunu nəzərə alsaq, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi kontingentin yarıdan çoxunun artıq məhv edildiyini əminliklə söyləmək olar.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev də Rusiyanın “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə erməni tərəfdən itkilərin beş min nəfər və daha çox ola biləcəyini, bundan 2-3 dəfə çox yaralının olduğunu qeyd edib.
Düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Cəbhədə döyüşən hərbçilərin sıraları sürətlə seyrəlir, fərarilik baş alıb gedir. Arxadan yeni qüvvələrin ön xəttə çatdırılması isə ciddi problemdir. Çünki saysız-hesabsız ölümlər, cəmiyyətdəki ruh düşkünlüyü, məğlubiyyət sindromu öz işini görüb. Gənclər ordudan qaçır, silah gücünə cəbhəyə göndərilənlərin əksəriyyəti orta yaşlı insanlardır.


Tarix: 30-10-2020, 02:35 Oxunub: 72


Bölməyə aid digər xəbərlər