19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Koronavirusdan ölümə bu amillər səbəb ola bilər - ARAŞDIRMA

Böyük Britaniyanın Oksford Universitetinin alimləri koronavirusa yoluxduqda ölüm riskini artıran əsas amillər barədə məlumat veriblər.
Bu haqda “Nature” jurnalında məqalə dərc olunub.
Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin bütün pasiyentlərin 40 faizini təşkil edən 17 milyondan çox yetkin insanın məlumatlarını və 10 926 ölüm faktını təhlil ediblər.
Araşdırma zamanı COVİD-19-dan kişilərin, yaşlı insanların və tənha yaşayanların digərlərinə nisbətdə ölmə ehtimalının 1,59 dəfə daha yüksək olduğu təsbit edilib.
Bundan əlavə, Afrika və Asiya mənşəli olanlar digərlərinə nisbətən daha çox risk qrupundadırlar.
80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə yüksəkdir.
Təhlükəli amillərə həmçinin piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və autoimmun xəstəliklərin xroniki halı daxildir.


Tarix: 11-07-2020, 10:28 Oxunub: 120


Bölməyə aid digər xəbərlər