23:30 / 08-11-2021
Təbrik edirik!
Dr.Dilarə Abduləzimovaya sağlam təbəssümünüzü etibar edə bilərsiniz


Düzgün seçim hər kəsə uğurlar gətirir. Bu yalnız səhiyyə, təhsildə deyil bütün sahələrdə təsdiqini taparaq, sübuta yetirilmiş bir fəlsəfi nəzəriyyədir.
Dr. Abduləzimova hər birimizi diş əti xəstəliklərindən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir və ona müraciət edən hər kəs bunun şahididir. Dilarə həkimə müraciət edənlər, onun istedadlı fəaliyyətindən faydalananlar hər biri mənim fikirlərimi təsdiqləyərək deyir: -Həqiqətən də Dilarə həkim çox bacarıqlı, peşəkar həkim eyni zamanda gözəl insandır. –Bəli insan seçdiyi ixtisas o zaman şöhrətlə tanınır ki, o mənəviyyatca zəngin olsun. Dilarə həkim bütün bacarıq elmi dəyərləri ilə yanaşı mənəvi cəhətdən zirvələr fəth edən əsl bir insan olması ilə ehtiram sahibi kimi tanınır.



Eşitdim adını həmin həkimin,
Bir bahar günü səhər yanına getdim onun.
Sanki səmadan bir nur ələnmişdi üzünə,
-Ah nə gözəl həkimdir-söylədim öz-özümə.
Əyləşib söhbət etdik gördüm ürəyi geniş,
Ziyalı, əsl insan mənəviyyat sahibi,
Alicənab insandır.
Zəhmətinin bəhəri, nailiyyət uğurlar
Bu xalqın, bu Vətənin doğma Azərbaycandır.
Dedim-Dilarə həkim yüz il yaşa hünərlə,
Bəzəsin həyatını nailiyyətlər, zəfərlər.
-Xalqın gözü hər zaman tərəzidir –deyirlər,
Tanıyanlar bilənlər hər an tərifləyirlər.
Mən də sizə zirvələr fəth eləyin deyirəm
Uca Tanrıdan sizə səadət diləyirəm.

Yüksək səviyyəli xidmətləri ilə uğurla irəliləyən həkim-stomatoloq Dilarə həkimin adını və soyadını demək kifayətdir ki, onun necə bir peşəkar, savadlı həkim olduğunun şahidi olan pasientlərdən eşidək: -Bəli, biz Gülya həkimin işindən çox razıyıq.
Dilarə həkim tərəfindən endodontiya, estetik restavrasiya, damaq xəstəliklərinin vektor cihazı vasitəsi ilə müalicəsi, implantasiya, dişlərin bərk toxumalarının hər növ terapiyası, metal və metalsız keramika ilə protezləşmə, yumşaq, büqell və şəffaf gigiyenik çıxan protezlər, keramik vinir və dolğular, dişlərin hər növ ağartılması, hər növ dişləmələrin (breketlərin) düzəldilməsi və s. ən müasir keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilir.
Əziz pasiyentlər! Zamanında keçilmiş müayinə və düzgün həkim diaqnozu sizi gələcəkdə narahat edən hər hansı bir diş ağrısından, ağız boşluğunuzdakı fəsadlardan tam xilas edəcəkdir. Vaxt itirmədən Dilarə doktorun qəbuluna yazıla bilərsiniz


Tarix: 18-09-2021, 10:37 Oxunub: 192


Bölməyə aid digər xəbərlər
27-02-2021, 14:41 Dr. Zahir Abbasovla müsahibə