23:30 / 08-11-2021
Təbrik edirik!
Hümbət Abbasov-3 saylı Uşaq Poliklinikasının baş həkimi, xalqın sevimlisi

3 saylı Uşaq Poliklinikasının baş həkimi Hümbət Abbasovun  şəxsiyyəti və fəaliyyəti  əsil  örnək yoludur gələcək nəsillərimizə və gənclərimizə. Hümbət həkim sözün əsil mənasında Hippokrat andına sadiq, qabaqcıl və nümunəvi Səhiyyə işçisidir. Hümbət həkimin fikrincə hər bir insan özünün peşəsinin sağlam ruhlu, döyüşkən və vicdanlı əsgəri olmalıdır. Dr.Abbasova üz tutan hər bir xəstə onun yanından xoş əhval – ruhiyə ilə geri dönür. Bu həkimin xəstəyə verdiyi ilk yardım hazırlıq dövrüdür. Bəzən olur ki, cüzi problemlə hansısa həkimin qəbuluna gedən xəstə elə bir münasibətlə qarşılaşır ki, hətta özü öz həyatından bezir. Hümbət həkimi isə fərqləndirən onun mənəvi cəhətdən varlı olmasıdır. Bu varlılıq, bu sərvət insani keyfiyyətlərlə zəngin insanlara məxsusdur və xoşbəxtdir  o  kəs ki, onun haqqında: – Əsil bir insandır! – ifadələri səslənir.
Redaksiyamıza ünvanlanan məktublardan birini olduğu kimi oxucu kütləsinin diqqətinə çatdırırıq:
Azərbaycanın peşəkar həkim-stomatoloqu və təbii ki, mənim gözəl təbəssümümün  qarantı hər zaman pozitiv, gülərüz doktorum Dr. Vüsal Abbasov. Sizə  ailəmiz adından dərin təşəkkürümüzü  bildirir, şəfalı əlləriniz var olsun deyirik.
Mən Hümbət həkimin qəbuluna gedəndə  dişlərim çox eybəcər idi və xarici görkəmimə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : -Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ürəyimcə oldu.
 Əlbət ki, müsbət nəticələr artdıqca, həkimə inam da artır. Və insanlar ümidlə o həkimə müraciət erdirlər. Həkimin uğurlu fəaliyyəti və nailiyyətləri qarşısında xalqımız adından ona təşəkkürümüzü bildirərək deyirik:
                    
 Xəstələr minnətdarlıq eləyirlər hər zaman
  Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
  Xalqımız hər an deyir, Hümbət həkim var olsun
  Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.


Ömrünün uzun illərini, yorulmadan sevdiyi peşəsinə, xalqının sağlamlığına həsr etmişdir Hümbət Abbasov. Dr. Abbasovun ürəyi, qəlbi həmişə Allaha bağlı olmuş, xeyirxah qəlbi həmişə xeyirxah işlər üçün döyünmüşdür.


Tarix: 30-08-2021, 08:35 Oxunub: 59


Bölməyə aid digər xəbərlər