Hər bir kəs üz dərisini cavan və sağlam görmək istəyir. Amma bəzən dəridə yaranan problemlər hər birimizə kompleks yaradır. Xanımlar gözəl görünmək üçün tez-tez həkim-kosmetoloqa müraciət edirlər.
Əhali arasında kifayət qədər hörmətlə tanınan həkim – kosmetoloq Arzu Akbulut haqqındadır açıqlamamız.
Ulduzlu asimana bənzəyir əməllərin
-Gözəllik günəşidir – deyir sənə ellərin
Hətta çirkinə belə gözəllik bəxş edirsən
Qaraqabaq olana Təbəssüm nəqş edirsən.
Arzu xanımın əməyinin bar –bəhəri özündə gözəllik duyan və xoşəhval – ruhiyyəsi ilə ona minnətdar olanlardan eşitdiklərimizi bu şərhə qeyd etmək yerinə düşər: Güləbətin xanım: Mən bir müddət idi ki, üzümdə əmələ gələn problemlə gah dəri həkiminə gedir, gah da qan – damarla bağlı müalicələr aparırdım. Həm vaxt itirirdim, həm də sözsüz ki, maddiyat. Məni həkim –kosmetoloq Arzu xanımın qəbuluna getməyi məsləhət gördülər.
Qısa bir zamanda üzümün dərisi hamar və parlaq gözəl bir görkəm aldı. Həyat yoldaşım ətirli, qızıl güllərdən bir buket hazırladıb, dedi: - Apar Lalə ver o kosmetoloq xanıma ailəmizin adından ona təşəkkür et.
Heç bir təbliğə və tərifə ehtiyacı olmayan Arzu xanımın fəaliyyətindən bəhrələnən bir çox pasientlərdən ((Güləbətin, Fəridə, Arzu və s) redaksiyamıza daxil olan məktubları oxuduqca gələn telefon zənglərindən eşitdiyimiz minnətdarlıqları dinlədikcə qürur duyuruq ki, Azərbaycan xanımı ilə həqiqətən də öyünməyə dəyər.
Bu və ya digər xanımların təşəkkür dolu müsahibələri biz yazarları da sevindirir. Məmnunuq ona görə ki, azəri xanımlarının sağlam ruhlu, gözəl simalı olması üçün əlindən gələni əsirgəməyən praktik – bilikləri ilə çalışaraq bir mütəxəssis kimi büxtələşən
Arzu xanım kimi həkim – kosmetoloqlarımız vardır.
O xanım məşğuldur hər gün hər zaman
Təşəkkürlər alır o gözəl insan.
Yanına gələnlər dua eyləyir
Sağ ol, Arzu xanım Yüz yaşa! –söyləyir.
Bir məqamı da oxuculara çatdırmağı özümüzə borc bilirik. Bizə məlum olduğuna görə Arzu xanım ona müraciət edənlərə yardım edərkən, prosedurları yerinə yetirərkən məbləğ haqqında deyil, müsbət nəticə haqqında düşünür. Bu barədə verdiyimiz sualı Arzu xanım belə cavablandırdı: – Bilirsinizmi, mən Uca Tanrının Varlığını bizi gördüyümüzü və hətta fikirlərimizi belə duyduğunu qəlbən qəbu edirəm və buna əminliklə inamım vardır. Odur ki, daima bir atalar misalına rəğmən çalışıram: - Sən yaxşılığı elə, at dəryaya. Balıq bilməsə də, xaliq bilər.
Həqiqətən də işlərin uğurla getməsinə də ruzi – bərəkətimizə də İlahi özü rəvac verir. Budur Arzu xanımın dahiliyi. Elə isə hər birimiz Vətənə, xalqa elə xidmət edək ki, həkim – kosmetoloq Arzu Akbulut kimi Təşəkkürlərə layiq olaq. Arzu xanıma səadət və uğurlar sirdaş olsun.
Əziz xanımlar daha gənc görünmək və daha gözəl olmaq üçün həkim – kosmetoloq Arzu Akbulutun qəbulunda olmağa və onun dəyərli tövsiyyələrindən faydalanmağa vaxt ayırın. Gözəlliyə dəyər verən gəncliyini və təravətini düşünən xanımlara yolunuzu Arzu xanım Akbulutun çalışdığı Gözəllik Mərkəzindən salın və onda bu həqiqətin canlı şahidi olarsınız.
Bölməyə aid digər xəbərlər