19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dr.Elnur Həsənov-Təcrübəli həkim-stomatoloq

Hansı sahədə çalışmasından asılı olmayaraq, əsas məqsəd işini sevərək yerinə yetirmək və gördüyün işlə insanlara, cəmiyyətə faydalı, gərəkli olmaqdır. Elnur Həsənovun timsalında isə sənətini dərindən bilən, həkim adını öz əməlləri ilə layiqincə doğrultmağı bacaran, işini vicdanla yerinə yetirən bütün həkimlərimiz bu cəmiyyətin ən gərəkli, ən çox ehtiyac duyulan və ehtirama layiq şəxsləridir. Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Elnur həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb,  sağlamlığını hədiyyə edəcək.
Dr.Elnur Həsənov  hər birimizi diş əti xəstəliklərindən, stomotoloji problemlərdən xilas edə bilən yeganə mütəxəssislər cərgəsində birincilər sırasında olan həkim-stomatoloqlardan biridir və ona müraciət edən hər kəs bunun şahididir. 
Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan Dr.Həsənov haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər:
Bəli, işinin peşəkarı, gənc olmasına baxmayaraq, Azərbaycanın peşəkar həkim-stomatoloqu və təbii ki, mənim gözəl təbəssümümün  qarantı hər zaman pozitiv, gülərüz doktorum Elnur Həsənov. Sizə  ailəmiz adından dərin təşəkkürümüzü  bildirir, şəfalı əlləriniz var olsun deyirik.
Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər. 

Əziz pasiyentlər!
 Zamanında keçilmiş müayinə və düzgün həkim diaqnozu sizi gələcəkdə narahat edən hər hansı bir diş ağrısından, ağız boşluğunuzdakı fəsadlardan tam xilas edəcəkdir. Vaxt itirmədən Elnur doktorun qəbuluna yazıla bilərsiniz
Elnur həkim tərəfindən endodontiya, estetik restavrasiya, damaq xəstəliklərinin vektor cihazı vasitəsi ilə müalicəsi, implantasiya, dişlərin bərk toxumalarının hər növ terapiyası, metal və metalsız keramika ilə protezləşmə, yumşaq, büqell və şəffaf gigiyenik çıxan protezlər, keramik vinir və dolğular, dişlərin hər növ ağartılması, hər növ dişləmələrin (breketlərin) düzəldilməsi və s. ən müasir keyfiyyət standartlarına uyğun olaraq həyata keçirilir. 
Həkimlə Əlaqə
055-844-00-09


Tarix: 10-05-2021, 09:40 Oxunub: 424


Bölməyə aid digər xəbərlər
27-02-2021, 14:41 Dr. Zahir Abbasovla müsahibə