23:30 / 08-11-2021
Təbrik edirik!
Taxt qururuq, yurd qururuq yenidən... – Xalq şairi

Kult.az Qazaxıstanın xalq şairi Nəsipbek Aytülının “Mən türkəm” şeirini təqdim edir:
Ey əzəli, yaradılışı boz qurdun
Süd içirib, bəslədiyi ər türküm.
Ətrafında çox dolandı çaqqallar,
Neylər sənə boz çaqqallar, nər türküm?!



Mən bir türkəm, ellərim ulu Turan,
Tariximi, keçmişimi unutmam.
Yumruq olub bilək kimi birləşsək,
Neyləyər bizə çiskin, ya da boz duman?

Köhlən atın dırnağıyla yazmışam
Boz çöllərə, bozkırlara adımı.
Şahə qalxıb kişnəyəndə atlarım,
Titrətmişəm dağ başında qarını.

Mən döyüşüb savaşlardan çıxmışam,
Qanım ilə türk tarixin yazmışam.
Düşmənlərdən torpağımı almışam,
Bir türk oğlu yada verməz yarını.

Öləziyən ocağımız gurlanıb,
Böyük türklər bir olmağın vaxtıdır,
Taxt qururuq, yurd qururuq yenidən,
Fatehlərin, xaqanların taxtıdır.

Biz bir olsaq, döyüşlərdən çıxarıq,
Biz bir olsaq, dünya təzə don geyər.
Ədalətli Yasa yazmaq vaxtıdır,
Ədalətin tərəzisin kim əyər?!


Tarix: 19-11-2020, 21:17 Oxunub: 101


Bölməyə aid digər xəbərlər