23:30 / 08-11-2021
Təbrik edirik!
Bakıda 27 yaşlı gənc məktəbdə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
QanunXəbər.com Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Füzuli Musayev Zülfüqar oğlu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin həyətində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıda sol said və sol bazu nahiyələrinin iki ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb. F.Musayev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.


Tarix: 20-05-2021, 06:12 Oxunub: 278


Bölməyə aid digər xəbərlər
12-07-2020, 21:32 Bakıda iki dost güllələndi