COVİD-19 pasportunun yoxlanılması üçün ASAN İcazə mobil tətbiqi hazırlanıb.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:
"Yaşı 18-dən yuxarı olan şəxslərin COVİD-19 pasportunun olub olmaması Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılan ASAN İcazə mobil tətbiq vasitəsilə yoxlanılacaq. Yalnız COVİD-19 pasportu olduğu təqdirdə şəxs qeyd olunan məkanlara buraxılacaq".
Bölməyə aid digər xəbərlər
« May 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |