19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Mehdiyevdən Jirinovskiyə cavab: 250 il işğalda olmusunuz!

AMEA prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri V.F.Jirinovskinin Azərbaycana qarşı fikirlərinə xeyli müddətdən sonra cavab verib.
Akademikin “Dağıdıcının mənəviyyatsız missiyası” adlı cavab məqaləsi rusca qələmə alınıb.
Müəllif Jirinovskinin sözlərinin iki həftədən çoxdur müzakirələrə səbəb olduğunu bildirib və onun cəmiyyətdə heç vaxt ciddi şəxs olmadığını vurğulayıb.
“Siyasi şoumen ampluasında olan Jirinovskinin” növbəti dəfə qalmaqal yaratmasına diqqət çəkən R.Mehdiyev Jirinovskinin indiki halda özü də anlamadan Rusiya hakimiyyəti haqda mənfi obraz yaratdığını bildirib:
“Jirinovskinin sözlərindən belə çıxır ki, Rusiya post-sovet ölkələrində dəyənəkli jandarm rolunu icra edir, bu ölkələrdə rus əsgərinin süngüsü ilə rejimləri müdafiə edir. Jirinovski bu sözlərlə faktiki olaraq Qərb güc mərkəzlərinin Rusiyanın açıq və kobud şəkildə suveren ölkələrin daxili işlərinə müdaxilə etməsi barədə rəyini təsdiqləyir”.
Akademik bildirir ki, Jirinovski bununla Qərb ölkələrinin Rusiya haqda rəylərini bir tərəfdən təsdiqləyirsə, digər tərəfdən Kremlin elan etdiyi siyasəti məhv edir:
“Niyə Jirinovski Azərbaycanda antirusiya ovqatını körükləyir? Məgər antirusiya qüvvələrin hakimiyyətə gəldiyi Gürcüstan, Ukrayna, Moldova Jirinovskiyə dərs olmadı?”
Rusiyadakı “tarixi diktatura” barədə Lermontovdan, Puşkindən sitat gətirən akademik işğal, “bir dövlətin tərkibində olmaq” məsələsinə də dolayısı ilə toxunub və Rusiyanın 250 ildən çox Qızıl Ordanın tərkibində olduğunu Jirinovskinin yadına salıb.


Tarix: 19-08-2021, 02:00 Oxunub: 78


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı