Bakı şəhərində karantini pozan kafe aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, ötən gün saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reyd nəticəsində Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarının pozulması aşkar edilərək doqquz nəfər şəxs saxlanılıb.
Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib.
Məhəbbət Quliyeva, Nəriman Kərimov və Səddam Əlili İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq, baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.
12-ci PŞ-nə gətirilən digər altı nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.
Bölməyə aid digər xəbərlər
« May 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |