19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Binəqədidə mənzillərin kirayə yolla satışına start verildi

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib.
QanunXəbər.com xəbər verir ki, yeni kompleks Bakı şəhəriBinəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşir. Kompleks üzrə vətəndaşlara 40 mənzil təklif olunur.
Qeyd olunan yaşayış kompleksində təklif olunan mənzillərin aylıq ödənişləri 498 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərinə illik 4 faiz (sığortalanma daxil) həcmində xərclər nəzərə alınmaqla hesablanır. Kompleks üzrə mənzillər 1, 2 və 3 otaqlıdır. Vətəndaşlar həmin yaşayış kompleksi üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, sənədlər Fonda təqdim edildikdən sonra ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.


Tarix: 21-12-2020, 18:30 Oxunub: 151


Bölməyə aid digər xəbərlər