23:30 / 08-11-2021
Təbrik edirik!
"Bağlanmış banklarda sahibkarların qalan vəsaitləri qaytarılmalıdır"

Azərbaycan Mərkəzi Bankı (AMB) idarə heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının onlayn formatda növbəti iclası keçirilib. 
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bağlanmış banklarda sahibkarların qalan vəsaitlərinin qaytarılması məsələsini qaldırıb.
O, çıxışında bir sıra məsələlərin həllinə, xüsusilə sahibkarların dövriyyə kapitalının çatışmazlığının həlli, bu məsələdə çeklərlə hesablaşmalardan aktiv istifadə, nağdsız hesablaşmalarda qarşıya çıxan problemlərin tənzimlənməsi, məhkəmələrdə çoxsaylı mübahisələrə baxılmasının sürətləndirilməsi, qanunvericiliklə bağlı bir sıra dəyişikliklərin aparılması kimi istiqamətlərə diqqət çəkib. 
Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda müzakirə olunan məsələlər və irəli sürülən təkliflərin hərtərəfli öyrənilməsi, həmin istiqamətlər üzrə birgə işlərin aparılması davam etdiriləcək.
"Aktual məsələləri İqtisadi Şurada müzakirəyə çıxarmalıyıq”
ASK-ın prezidenti Məmməd Musayev şura çərçivəsində bank sektoru ilə sahibkarlar arasında qurulan dialoqun verdiyi praktiki faydasından danışıb: 
"Ölkədə iqtisadi idarəetmənin səmərəliliyinin daha da artırılması məqsədilə yaradılmış İqtisadi Şura özəl sektorun inkişafında, sahibkarların üzləşdiyi çətinliklərin həllində də böyük rol oynayacaq. Ona görə də, biz apardığımız müzakirələr nəticəsində aktuallıq kəsb edən məsələlərin həmin şuranın müzakirəsinə çıxarılması üçün fəal iş aparmalıyıq".


Tarix: 18-09-2020, 16:16 Oxunub: 72


Bölməyə aid digər xəbərlər