19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyasının Brüsseldə və Los-Anceles şəhərlərində erməni diaspora fəallarının azərbaycanlılara qarşı hücumu ilə bağlı bəyanat yayıb.
Assambleyadan verilən məlumata görə, bəyanatda deyilir:
“İyulun 22-də Azərbaycan - Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin əldə olunmuş atəşkəs razılaşmasının pozaraq hərbi təcavüz siyasətini davam etdirərək mülkü yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə zərbələr endirməsinə etiraz olaraq keçirdikləri dinc aksiyasına Ermənistan diaspor fəallarının kobud və qanunsuz müdaxiləsini qətiyyətlə pisləyir və qanunsuz əməlləri törədənlərin ciddi şəkildə cəzalanmasını həm Belçika, həm Amerika Birləşmiş Ştatları, həm də Belçika Krallığı hüquq-mühafizə əməkdaşlarından tələb edirik.
Habelə bildiririk ki, bu qanunsuz əməllər nəticəsində Azərbaycan diplomatik missiyanın əməkdaşları xəsarətlər alıb, missiyanın inzibati binası dağıntılara məruz qalıb, şüşələri sındırılıb, azərbaycanlı icma nümayəndəsinin şəxsi avtomobili yarasız hala salınıb, diplomatların ailə üzvlərinin yaşadığı əraziyə hücum cəhdi olub.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan və dinc şəkildə etiraz etmək məqsədilə toplaşan az sayda azərbaycanlıya onlardan sayca dəfələrlə çox olan ermənilər tərəfindən hücum edilib. Zorakılığa məruz qalaraq xəsarət almış soydaşlarımız xəstəxanaya yerləşdirilib və hazırda müalicələrini davam etdirirlər.
Bildirmək istəyirik ki, insan hüquqları ilə bağlı beynəlxalq qanunlara əsasən, hər bir insan sərbəst toplaşmaq azadlığına və öz fikrini sərbəst ifadə etmək hüququna malikdir. Lakin bu hüquqlar digər vətəndaşların hüquqlarını tapdalamamalıdır. Sərbəst toplaşmaq hüququ təmin edilsə də, orada iştirak edən azərbaycanlıların təhlükəsizliyi və səfirlik binasının təhlükəsizliyi təmin olunmayıb. Belçika və Amerika polislərini vəzifələrini düzgün icra etməyə dəvət edirik. Təəssüf ki, Los-Anceles və Belçika polisi azərbaycanlıların təhlükəsizliyini təmin etməyib.
Bununla əlaqədar həmin ölkələrin hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal baş vermiş xoşagəlməz hadisə ilə bağlı hüquqi ölçü götürməyə dəvət edirik. Baş verəcək hər hansısa qanunazidd hadisələrə görə Ermənistan hakimiyyəti, Ermənistan səfirliyi və Ermənistan diaspor liderləri məsuliyyət daşıyacaq.
Dünya Azərbaycanlıları Assambleyası diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır”.


Tarix: 26-07-2020, 09:40 Oxunub: 83


Bölməyə aid digər xəbərlər