19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Avstraliyada koronavirus testindən keçənlərə 300 dollar veriləcək

Avstraliyanın Viktoriya ştatında koronavirus pandemiyası ilə əlaqədar sakinlərə pul paylanacaq.
Lenta.ru-nun məlumatına görə, bu barədə regionun Baş naziri Deniel Endryus “Twitter” hesabında bildirib.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, pandemiya dövründə koronavirus simptomları olan və ya onlarla rabitədə olan insanlar vəziyyətləri barədə məlumat vermirlər, özünütəcrid rejimindən imtina edirlər və qazanclarını itirmək qorxusuna görə işə gedirlər. Bununla əlaqədar, dövlət rəhbərliyi, COVID-19 testini keçəcək bölgə sakinlərinə 300 Avstraliya dolları (363 AZN) birdəfəlik ödəmə elan edib. Bu məbləğ test nəticələrini gözləyən şəxsin evdə oturduğu dövrdə zərərini kompensasiya edəcək.
Testin nəticələri müsbət çıxarsa, həmin şəxsə məcburi təcrid dövründə gəlir çatışmazlığını ödəmək üçün əlavə olaraq 1 500 avstraliya dolları (1 816 AZN) veriləcək.

https://twitter.com/DanielAndrewsMP/status/1286122665015513089?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1286122665015513089%7Ctwgr%5E&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F408307​​​


Tarix: 24-07-2020, 11:30 Oxunub: 79


Bölməyə aid digər xəbərlər