19:25 / 20-11-2024
Xalqın partiyası
13:51 / 19-11-2024
Azadlığa qovuşan Ağdam
Səhər Nəsirova - Daha çox uşaqların psixoloji vəziyyətləri ilə bağlı müraciətlər edilir

 Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı Loqoped-defektoloq desək, kifayət olar yəqin ki. Bəli, söhbət sağlamlığın qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan loqopedlərimizdən biri “Sənay” psixoloji mərkəzinin rəhbəri, Səhər Nəsirovadan gedir. Onu da qeyd etmək yerinə düşərdiki, Səhər Nəsirovanın təliminə maraq olduqca böyükdür. Respublikamızın hər bir bölgəsindən olan sakinlər loqoped Səhər xanıma müraciət edirlər.
“Sənay” psixoloji mərkəzində Psixoloji, pedoqoji, müalicəvi idmanlar, massaj, loqopediya və s. xidmətlər göstərilir. Burada çalışan işçilər də işinin peşəkarlarıdırlar. İllərdir ki, öz sahələri üzrə çalışan təcrübəli işçilərdirlər.
 
Redaksiyamıza təşrif buyuran, bəzəndə daxil olan məktublar içərisində Səhər Nəsirovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Hörmətli redaksiya!
Artıq neçə müddətdir ki, oğlum kəkələyirdi. Oğlumun normal danışması üçün getmədiyim ünvan, döymədiyim nevropotoloq qapısı qalmamışdı. Nevropotoloq dәrman müәlicәsi edir amma problemin aradan qalxmasına kömәk etmirdi. Bütün həkimlərin diaqnozu eyni idi, amma nitqdə kəkələmənin geriləməsi, mənim həyatda ümidini azaldırdı. Kəkələmə oğlumda çox ciddi kompleks yaratmışdı. Elə bu fikirlərlə artıq nə edəcəyimi düşünürdüm. Loqoped Səhər xanımın fəaliyyəti haqqında müxtəlif mənbələrdən, müsbət rəylər əldə etdim və nəhayət yanına getməyə qərar verdim. Son ünvanımız Sənay” psixoloji mərkəzi oldu. Biz mərkəzin rəhbəri Loqoped Səhər Nəsirova ilə qarşılaşdıq. Gənc olmasına baxmayaraq, öz işinin mütəxəssisi olan, işini çox sevən bu insan sanki bizim xilaskarımız oldu. Səhər xanımın biliyi və təcrübəsi sayəsində oğlum artıq tam sərbəst fikirlərimi tam ifadə edən bilən əlaçı şagirddir . Oğlum indi özünü çox xoşbəxt hiss edir, çünki insanların qarşısına inamla çıxır. Səhər xanımın müalicəsindən sonra başa düşdüm ki, nevropotoloqa yox, loqopedə müraciət etmək lazımdır.

Bəli insanlara normal nitq bəxş etməklə hər evə səadət nuru saçan Səhər xanım çəkdiyi zəhmətlərin sərf etdiyi qızıldan dəyərli zamanın və insanların sağlamlığı naminə həsr etdiyi elmi biliklərinin naminə eşitdiyi : – Sağol Səhər xanım ifadəsi ilə fəxr edir. Çünki insanlardan aldığı təşəkkür və minnətdarlıqlar dolu ifadələr onun zəhmətinin bar bəhəridir.
Biz də redaksiyamız adından Səhər Nəsirovaya ailəsi və şirin-şəkər övladları ilə birgə xoşbəxt həyat, ailə səadəti, işlərində çətin və məsuliyyətli xalqa xidməti sahəsində uğurlar arzulayırıq.

Xəstələr minnətdarlıq eləyirlər hər zaman
 Sizi bəxş edib bizə Yurdumuz Azərbaycan
 Xalqımız hər an deyir, Səhər xanım var olsun
 Əzizləriylə birgə xoşbəxt, bəxtiyar olsun.




Tarix: 26-05-2021, 11:39 Oxunub: 171


Bölməyə aid digər xəbərlər